Tramp pulu kəsdi


Dünya 09 Yan 2019 21:18:00 229 0

Tramp pulu kəsdi

ABŞ Prezidenti Donald Tramp meşə yanğınlarına qarşı tədbir görmək üçün Kaliforniya ştatına ayrılan maliyyə yardımını dayndırmaqla bağlı göstəriş verib.

Son.az report-a istinadən bildirir ki, bu barədə dövlət başçısı "Twitter"dəki səhifəsində yazıb.

D.Tramp səbəb kimi ştat hökumətinin bu istiqamətdə səmərəsiz fəaliyyətini göstərıb: "Kaliforniya ştatına yaxşı idarəetmədə heç vaxt baş verməyəcək meşə yanğınları üçün milyardlarla dollar vəsait sərf olunur. Nə qədər ağlabatan olmasa da, öz qanunlarını sahmana salanadək Federal Fövqəladə Hallar Agentliyinə vəsait ayırmamağı tapşırmışam!"