Çinin valyuta ehtiyatları 3 trilyon dolları ötüb


Dünya 09 Yan 2019 21:00:00 222 0

Çinin valyuta ehtiyatları 3 trilyon dolları ötüb

Çin Xalq Respublikasının Dövlət Valyuta Nəzarəti İdarəsinin (DVNİ) açıqladığı məlumata görə, 2018-ci il dekabrın sonuna olan vəziyyət göstərir ki, Çinin valyuta ehtiyatları noyabrın sonu ilə müqayisədə 11 milyard dollar, yaxud 0,4 faiz artaraq 3 trilyon 72,7 milyard dollar təşkil edib.

2018-ci ilin dekabrında Çinin ödəmə balansı sabit meylini qoruyub saxlayıb, valyuta bazarında tələb və təklif arasında tarazlıq müşahidə edilib. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu ÇXR DVNİ-nin rəsmi nümayəndəsi, böyük iqtisadçı Van Çunyin bildirib.

İlin sonunda digər əsas valyutaların ABŞ dollarına nisbətdə mübadilə məzənnəsi bir qədər artıb, aparıcı ölkələrdə aktivlərin qiyməti bahalaşıb, mübadilə məzənnəsinin konversiyasının, aktivlərin qiymətlərinin və digər amillərin uyğunlaşması ilə əlaqədar olaraq valyuta ehtiyatlarının miqyası bir qədər bərpa olunub. V.Çunyin deyib: "ABŞ dollarının dəyərdən düşməsi və qiymətli kağızların bahalaşması Çinin qızıl-valyuta ehtiyatlarının həcminə təsir göstərib".