Dünyada intihar hallarının sayı azalıb


Dünya 09 Yan 2019 21:06:00 266 0

Dünyada intihar hallarının sayı azalıb

Dünyanın bütün ölkələri üzrə intihar hallarının statistikası göstərir ki, könüllü surətdə həyatdan köçmək istəyənlərin sayı azalıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, azalma xüsusilə Rusiyada müşahidə olunur. Statistikaya görə, intihar hallarının çoxu insanın düşdüyü çarəsiz vəziyyətlə bağlıdır. Özü də insanları intihara çox vaxt alkoqollu içkilər sürükləyir.

Hazırda alkoqollu içkilər az içildiyi üçün özünə qəsd etmək istəyənlərin sayı da azalıb. İnsanlar üçün idmanla məşğul olmaq ümidsizliyi və çarəsizliyi, meyvə-tərəvəzdən hazırlanmış qatı içkilər - smuzilər keyfiyyətsiz alkoqollu içkiləri əvəzləyib. İntihara meyilli adamlar idman zallarına getməyə, alkoqollu içkilər yerinə dadlı meyvə-tərəvəz şirələri içməyə üstünlük verirlər.

Lakin intihar hallarının azalması belə halların kökünün tamamilə kəsilməsi demək deyildir.