Səhiyyə Nazirliyi: Azərbaycanda səpkili xəstəliklərə nəzarət edilir


Digərləri 09 Yan 2019 21:09:00 217 0

Səhiyyə Nazirliyi: Azərbaycanda səpkili xəstəliklərə nəzarət edilir

Azərbaycanda səpkili xəstəliklərə nəzarət edilir və bu günə qədər götürülən nümunələrdə qızılca və məxmərəyə yoluxma halları olmayıb.

Son.az bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, qızılca və məxmərək xəstəlikləri yalnız laborator müayinələr əsasında təsdiq olunmalıdır:

"Hər hansı allergik səpkiyə "qızılca" demək olmaz. Biz daim səpkili xəstələrin laborator müayinəsinin aparılması, diaqnozun düzgün qoyulması üçün onlardan qan nümunəsi götürürük. Laborator müayinələr Taun Əleyhinə Stansiyada aparılır. Bu günə qədər həmin müayinə materaillarında qızılca və məxmərək virusları aşkarlanmayıb. Həmin müayinə materailları Moskvanın referens laboratoriyasına da göndərilir. Bununla da bizim laboratoriyamızın nəticələri və Azərbaycanda bu xəstəliklərin olmadığı təsdiqlənir".