Belhanda getmək istəyir


İdman 09 Yan 2019 21:10:00 428 0

Belhanda getmək istəyir

Galatasaray daha bir əcnəbi futbolçusu ilə yollarını ayırır.

Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Yunes Belhanda komandasını dəyişməyə hazırlaşır.

Qari Rodrigesi 10 milyon avroya Səudiyyə Ərəbistanı təmsilçisi Al-İttihad-a satan "cim-bom" Belhanda məsələsini də bu klubla həll edir. Məlumatda bildirilir ki, tərəflər 7 milyon avroluq məbləğdə ilkin razılıq əldə ediblər. Danışıqlarda yalnız xırda detallar qalıb və yaxın günlərdə Belhandanın da keçidi açıqlanacaq.

Qeyd edək ki, Belhanda Galatasaray-a ötən mövsümün əvvəlində 9 milyon avro müqabilində Kiyev Dinamo-sundan keçmişdi. 29 yaşlı yarımmüdafiəçi bu mövsüm 15 matçda 5 assistlə yadda qalıb.