Səudiyyə Ərəbistanında 15 yaşınadək evlənmək qadağan olunacaq


Dünya 09 Yan 2019 20:54:15 226 0

Səudiyyə Ərəbistanında 15 yaşınadək evlənmək qadağan olunacaq

Səudiyyə Ərəbistanının məşvərət məclisi olan Məclis əş Şura 15 yaşına çatmamış yeniyetmələrin nikaha girməsinin qadağan olunması ilə bağlı tələb irəli sürüb.

Son.az report-a istinadən bildirir ki, Şuranın "Twitter"dəki səhifəsində bu barədə məlumat verilib.

"İstər qız olsun, istərsə də oğlan, 15 yaşına çatmamış şəxslərlə nikah bağlamaq qadağan olunmalıdır", - məlumatda qeyd olunub.