ABŞ vətəndaşı 6 aydır İranda həbsdədir FOTO


Dünya 09 Yan 2019 19:37:00 252 0

ABŞ vətəndaşı 6 aydır İranda həbsdədir  FOTO

İran 6 aya yaxındır 46 yaşlı ABŞ vətəndaşı Maykl Uaytı saxlayıb.

Son.az report-a istinadən xəbər verir ki, o, 2018-ci ilin iyulunda qızına baş çəkmək üçün İrana uçub.

Bildirilib ki, ABŞ-ın Kaliforniya ştatının sakininin nədə ittiham olunduğu məlum deyil.

Maykl Uaytın anası bildirib ki, oğlu iyulun 27-də qayıtmalı imiş: "Oğlum xərçəng və astma xəstəsidir. Onu çox görmək istəyirəm".

ABŞ Dövlət Departamentindən CNN telekanalının sorğusuna cavab olaraq bildirilib ki, M.Uaytın xaricdə saxlanılmasından xəbərdardırlar: "ABŞ vətəndaşının təhlükəsizliyi bizim üçün vacib məsələdir".


Xəbərə aid foto