Borussia-dan Borussia-ya


İdman 09 Yan 2019 19:36:00 209 0

Borussia-dan Borussia-ya

Münhenladbax Borussia-sının hücumçusu Torqan Hazard klubunu dəyişə bilər.

Goal.az xəbər verir ki, onun xidmətindən Borussia Dortmund yararlanmaq istəyir. Tərəflər artıq danışıqlara başlayıb. Dortmundlular Hazardın Chelsea-ya getməyə hazırlaşan Kristian Pulişiçə ideal əvəzləyici olacağına əmindir. Klubun çalışdırıcısı Lüsen Favr transferdə maraqlıdır. Çalışdırıcının futbolçu ilə isti münasibəti var. Keçidin 42 milyon avroya başa gələcəyi deyilir