Bakı metrosunda problem:


Digərləri 09 Yan 2019 19:14:25 281 0

Bakı metrosunda problem:

Bakı metrosunda yenə problem yaranıb.

Oxucuların Son.az-a verdikləri məlumata görə, bu gün axşam saat təxminən 18.50 radələrində qatar "Xalqlar dostluğu" ilə "Əhmədli" arasında 8 dəqiqə tuneldə qalıb.

"Əhmədli"yə çatdıqdan sonra qatar "Həzi Aslanov" istiqamətində də çox aşağı sürətlə hərəkət edib.

Oxucular iddia edirlər ki, qatar "Xalqlar dostluğu"ndan "Həzi Aslanov" stansiyasına 5 dəqiqəlik məsafəni 15 dəqiqəyə qət edib.