“Putin NATO üçün ən böyük hədiyyədir”


Dünya 09 Yan 2019 19:20:00 243 0

“Putin NATO üçün ən böyük hədiyyədir”

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru Devid Petreus Rusiya prezidenti Vladimir Putini NATO üçün "ən böyük hədiyyə" adlandırıb.

Son.az modern.az-a istinadən xəbər verir ki, o bu barədə Hindistandan keçirilən Raisina Dialogue konfransında deyib.

"Putinin hakimiyyətə gəlişi "Soyuq Müharibə" dövründən sonra NATO üçün ən böyük hədiyyədir. Putin hərbi alyansın gələcək mövcudluğu üçün stimul verdi. Rusiyanın siyasəti nəticəsində dünyadakı bir çox ölkələr ABŞ-ın ətrafında daha sıx birləşdi".