Ermənistan çətin vəziyyətdə


Dünya 09 Yan 2019 17:53:00 410 0

Ermənistan çətin vəziyyətdə

Rusiyanın "Qazprom" Transmilli Energetika Korporasiyası və Ermənistan hakimiyyəti arasında yeni razılaşma "Qazprom Ermənistan" QSC-nin marjasının azalmasına gətirib çıxaracaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu qənaətə "Rayffayzanbank"ın nümayəndəsi Andrey Polişşuk gəlib.

Milli Enerji Təhlükəsizliyi Fondundan Aleksey Qrivaç isə hesab edir ki, "Qazprom"un "Qazprom Ermənistan" QSC-yə investisiyaların təmin edilməsi və infrastrukturun inkişafı üçün təqdim etdiyi endirimlər tədricən ləğv edilib: "Yeni hakimiyyətin "Qazprom"un törəmə şirkətinə qarşı kəskin addımlar atdığı bir vaxtda Ermənistanın daxilində resursun saxlanmasını gözləmək təəccüblü olardı".

"Qazprom" Ermənistan istehlakçılarına yeganə qaz tədarükçüsüdür. Yerevan İrandan da qal alır, lakin onu yalnız elektrik enerjisinin istehsalı üçün istifadə edir. Bu enerjini də sonradan Tehrana tədarük edir.

2014-2018-ci illərdə hər il 2,5 milyard kubmetrədək qaz tədarükü barədə müqavilə "Qazprom Ermənistan" QSC ilə 2013-cü ildə bağlanıb. Ötən ilin 9 ayı ərzində "Qazprom" 1,37 milyard kubmetr ixrac edib.