“Reklamların hazırlanması işində dilçi mütəxəssislərin iştirakı mütləqdir”


Digərləri 09 Yan 2019 17:54:00 206 0

“Reklamların hazırlanması işində dilçi mütəxəssislərin iştirakı mütləqdir”

Reklam hazırlayanlar dilçi mütəxəssis deyillər. Bu səbəbdən də reklamların hazırlanması işində dilçi mütəxəssislərin iştirak etməsi mütləqdir.

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Monitorinq şöbəsinin əməkdaşı Rasim Heydərovdeyib.

O bildirib ki, reklam hazırlamaq üçün müxtəlif sahələrdən şəxslər dəvət olunur: "Həmin mütəxəssislərin isə çoxu Azərbaycan dilini, onun qayda-qanunlarını yaxşı bilmirlər. Hətta bəziləri rus dilli, bəziləri xaricdə təhsil almış olur. Reklam işi aparan qurumlarda dilçi ştatının olması şərtdir".

Dilçi bildirib ki, son illər reklamların dilində müsbətə doğru dəyişikliklər nəzərə çarpır: "Xüsusən də Prezident İlham Əliyevin fərmanı ilə Dövlət Reklam Agentliyi yarandıqdan sonra bu sahəyə diqqət artıb".