Tərlan Əhmədov: "Kimin mömin, kimin kafir olması Allaha məxsus məsələdir"


İdman 09 Yan 2019 17:51:00 259 0

Tərlan Əhmədov: "Kimin mömin, kimin kafir olması Allaha məxsus məsələdir"

“Keşlə” futbol komandasının baş məşqçisi Tərlan Əhmədov “Qaradağ Lökbatan”ı 4:0 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

48 yaşlı mütəxəssis əvvəlcə təlim-məşq toplanışı barədə danışıb...

- Hazırlıq prosesinə yanvarın 5-dən başlamışıq. Ağır yükləmədən sonra bu gün “Qaradağ Lökbatan”la matçda futbolçuların güc və hərəkətliliklərinə baxmaq istəyirdik. Həm bu matçı, həm də 5 günlük toplanışı analiz edəcəyik. Heyətdə 3 yeni futbolçu var. “Zirə”dən Vüsal İsgəndərlini, Türkiyənin BAL Liqasında çıxış edən Emin Mehtiyevi və Qazaxıstanın “Kaysar” klubundan Con Kamaranı götürmüşük. Pleymeyker mövqeyi üçün bir nəfər axtarırıq. Bunun üçün danışıq apardığımız bir neçə oyunçu var. Bu məsələ yaxın günlərdə həllini tapacaq. Beş günlük tsikli normal başa vurmuşuq. Üç gündən sonra Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yola düşəcəyik. Orada da 4 matç keçirəcəyik.

- Yerli futbolçuları tanıyırıq. Bəs Kamara barədə nə deyə bilərsiniz?

- Onun oyununa baxmışıq. Noyabrda “Kaysar”ın heyətində keçirdiyi matçı tam izləmişik. Bizə təqdim edilən 20-yə yaxın futbolçunun içindən oyun tərzimizə ən yaxın olanı, bəyəndiyimiz Kamara oldu. Təxminən, 20 gün idi məşq etmirdi, tam formada deyil. Buna baxmayaraq, bu gün də bəzi epizodlarda onda görmək istədiyimiz keyfiyyətlərin şahidi olduq.

- Litvanın “Jalqiris” komandasından Jeremi Manzorronu da transfer edəcəyiniz deyilirdi. Bu məsələ nə yerdədir?

- Bəli, belə bir futbolçu var, təklif də göndərmişik. Amma o daha çox pul istəyib. Bizim də həmin məbləği ödəmək imkanımız yoxdur. Həm də seçim qarşısındadır, vaxtilə birgə çalışdığı baş məşqçi onu Qazaxıstana çağırır. Ona görə də gündən-günə məbləğ qalxır. Bəlkə də bizim təklifdən sonra öz qiymətin qaldırıb, onu deyə bilmərəm. Bu transferin üzərində ayyarım idi işləyirdik. Lakin təəssüf ki, məsələyə nöqtə qoyulub.

- Bir pleymeyker axtardığınızı dediniz. Komandaya cəmi bir legioner gələcək?

- Üç nəfər götürmüşük, biri də gələcək. Yəni, qış fasiləsində 2 yerli, 2 əcnəbi götürmüş olacağıq. Əlimizdə olan vəsaitə uyğun futbolçu seçirik.

- Belə başa düşdük ki, heyətdəki oyunçuların sayı azalacaq. Çünki qış fasiləsində 7 futbolçu göndərdiyiniz halda, 4-nü götürürsünüz...

- Bəli, 4 oyunçu transfer etmişik. Həmçinin Cavid Əliyevi əvəzedici heyətdən götürmüşük, 19 yaşındadır. Orxan Fərəcov var, “Neftçi”də U-19-da oynadığı vaxtdan onun istedadına bələdəm. 17 yaşlılarda Pərviz Azadov var, dünənə qədər bizimlə məşqlərdə idi. Artıq akademiyaya da üz tutmuşam. Kəmiyyətin çox, keyfiyyətin aşağı olmasını istəmirəm. Bəzi futbolçuları ehtiyatda oturtmaq mənim üçün ağır olur. Amma bu uşaqlara da şans vermək lazımdır. Potensialları böyükdür. Üstünlük verdiyim cavanları da əsas komandaya cəlb edəcəyəm.

- Vaqif Cavadovun məsələsinə nöqtə qoyulub?

- Dekabrda klub prezidenti Zaur Axundovla söhbətimiz oldu. Transfer məsələlərində bütün səlahiyyət mənə verilib. Komandanı qurmaq üçün yeni futbolçular dəvət etməli, bəziləri getməli idi. Amma bu, o demək deyildi ki, yaramırdı. Şans verdik ki, başqa klubda daha çox oynamaq imkanı var. Bizdə qalsa, şansı olmayacaqdı. Yarım mövsüm ehtiyatda oturmaq və ikinci hissədə də eyni şeyi etmək yaxşı olmaz. Mənim tərəfimdən bu məsələyə son qoyulub. Digər işlərə, futbolçuların köhnə müqavilələrinə qarışmıram. Bu, Vaqif üçün də gedib hardasa oynamaq baxımından bir imkandır.

- Xidmətinə ehtiyac duymadığınız qapıçı Orxan Sadıqlı deyib ki, “Keşlə”də bəzi məşqçilər var, adlarını mömin qoyublar, ancaq futbolçunun puluna qarışırlar. Bu barədə nə deyə bilərsiniz?

- Dünən mənə çatıb, bu barədə deyiblər. Kimin mömin, kimin kafir olması Allaha məxsus məsələdir. Mənim işlədiyim komandada dini təriqət söhbəti və irqi ayrıseçkilik ola bilməz. Bu, qəbulolunmazdır. Hamımız ibadət edən insanlarıq. Yeri gələndə, başqa təriqətin insanları ilə ibadət edirəm. Hamı üçün Allah birdir. Hamı özü dərk etdiyi formada ibadət edir. O sözü deyən adam izahını da özü verməlidir. Mən baş məşqçi postuna gələndə komandada 3 qapıçı vardı – Kamran Ağayev, Davud Kərimi və Şahin Zəkiyev. Onlara üstünlük vermişəm və inanıram. Səhvlərimiz olsa da, güvənirəm. Mənə qədər nə olub, Orxan Sadıqlı komandadan necə və niyə gedib – bunu açıqlamıram. İstəmirəm onun gələcək karyerasına mənfi təsiri olsun. Ona yaxşı yol. İlk gündən Orxan Sadıqlı mənim siyahımda olmayıb.

- Fiziki hazırlıq üzrə məşqçiniz Aleksandr Karakliç komandanı tərk etdi. Onun yerinə başqa mütəxəssis götürəcəksiniz?

- Gözlənilməz gediş oldu. Dekabrın 30-da zəng vurub "Getmək istəyirəm, Çindən təklifim var" dedi. Bildirdi ki, ona buradakından 4-5 qat artıq maaş verirlər. Klub prezidenti ilə belə məsləhət oldu ki, yaya qədər fiziki hazırlığa özümüz baxaq. “Neftçi”də işləyəndə, komanda Avropa Liqasının qrupuna düşən vaxtı fiziki hazırlığa mən baxırdım. Bu işi bilirəm. Lazım olsa, yayda bu məsələyə baxılacaq. (report)

Azərbaycanda törəməsi olan Gürcüstan bankı çirkli pulların yuyulmasında ittiham olunur like
  • 09 Yan 17:49  
Kriminal Azərbaycanda törəməsi olan Gürcüstan bankı çirkli pulların yuyulmasında ittiham olunur

Azərbaycanda kredit təşkilatı olan Gürcüstanın böyük banklarından biri

arrow Ətraflı
Samir "Diva" qalmaqalından danışdı like
  • 09 Yan 17:45  
Şou-biznes Samir "Diva" qalmaqalından danışdı

Müğənni Samir Bağırovun "Eurovision" təmsilçilərimizdən olan

arrow Ətraflı
Azərbaycanlı qadınları Malayziyada satan insan alverçisinin məhkəməsi başladı like
  • 09 Yan 17:42  
Digərləri Azərbaycanlı qadınları Malayziyada satan insan alverçisinin məhkəməsi başladı

Məlahət Bəşirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası k

arrow Ətraflı
Türkiyədə səsvermə vaxtı toy etmək qadağan olundu like
  • 09 Yan 17:40  
Dünya Türkiyədə səsvermə vaxtı toy etmək qadağan olundu

Türkiyədə martın 31-i - bələdiyyə seçkiləri günü yerli vaxtla saat 18

arrow Ətraflı
Prokuror taksi sürücülərinə qarşı quldurluq edən şəxsə 11 il cəza istədi like
  • 09 Yan 17:35  
Kriminal Prokuror taksi sürücülərinə qarşı quldurluq edən şəxsə 11 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nəsi

arrow Ətraflı
Dekabrda Azərbaycanda gündəlik neft hasilatı 790 min barrel olub like
  • 09 Yan 17:31  
Digərləri Dekabrda Azərbaycanda gündəlik neft hasilatı 790 min barrel olub

Azərbaycanda dekabr ayı üzrə gündəlik neft hasilatı 790 min barrel olub.

arrow Ətraflı
Buddist duası, “Abdullah”, “Karp balığı” və ya İbrahimoviçin sirləri like
  • 09 Yan 17:30  
İdman Buddist duası, “Abdullah”, “Karp balığı” və ya İbrahimoviçin sirləri

Dünya futbolunun ən xarizmatik ulduzlarından biri olan Zlatan İbrahimovi

arrow Ətraflı
Bakıya nə vaxt qar yağacaq? like
  • 09 Yan 17:28  
Digərləri Bakıya nə vaxt qar yağacaq?

Bakıda və Abşeron yarımadasında qarın yağması, əsasən, yanvarın ikinc

arrow Ətraflı
Günə 10 kilometr qaçan 79 yaşlı xalq artistini siz də tanıyın like
  • 09 Yan 17:27  
Şou-biznes Günə 10 kilometr qaçan 79 yaşlı xalq artistini siz də tanıyın

Xalq artisti Teymur Mustafayev (Teymur əmi) "Şou ATV"də yeni vərd

arrow Ətraflı
2018ci ilin ən böyük maddi zərərə səbəb olmuş təbii fəlakəti like
  • 09 Yan 17:26  
Dünya 2018ci ilin ən böyük maddi zərərə səbəb olmuş təbii fəlakəti

ABŞ-ın Kaliforniya ştatında ötən il baş verən meşə yanğını 2018-ci

arrow Ətraflı
Kürdəmirdə yük maşını aşdı, like
  • 09 Yan 17:24  
Digərləri Kürdəmirdə yük maşını aşdı,

Kürdəmir rayonunda yol qəzası baş verib. 

arrow Ətraflı
Bakıda müəllimə qarşı quldurluq edən şəxsə cəza tələbi like
  • 09 Yan 17:22  
Digərləri Bakıda müəllimə qarşı quldurluq edən şəxsə cəza tələbi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndiril

arrow Ətraflı
Bakıda vətəndaşlara qarşı quldurluq edən şəxsə hökm oxundu like
  • 09 Yan 17:21  
Digərləri Bakıda vətəndaşlara qarşı quldurluq edən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bəş

arrow Ətraflı
Putin Belarusu Rusiyaya birləşdirmək istəyir like
  • 09 Yan 17:17  
Dünya Putin Belarusu Rusiyaya birləşdirmək istəyir

Rusiya prezidenti Vladimir Putin hakimiyyəti əlində saxlamaq üçün Belarusu

arrow Ətraflı