Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq Yasamaldakı partlayışla bağlı məlumat yayıb


Digərləri 09 Yan 2019 17:53:00 232 0

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq Yasamaldakı partlayışla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq Yasamaldakı partlayışla bağlı məlumat yayıb.

Bakı. Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq Yasamaldakı partlayışla bağlı məlumat yayıb. Həmin qurumların mətbuat xidmətlərinin Trend-ə daxil olan birgə məlumatına görə, yanvarın 9-da saat 03 radələrində paytaxtın Yasamal rayonu, Tolstoy küçəsi, ev 40-da yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin, Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin, rayon polis idarəsinin və rayon prokurorluğunun əməkdaşları gəlmiş, yanğın söndürüldükdən sonra ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib və digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib. Hadisə yerinə baxış zamanı müəyyən edilib ki, partlayış nəticəsində həmin ünvanda yaşayan Aydın Məmmədov, arvadı Xuraman Məmmədova və qızı Aygün Məmmədova aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.