Türkiyədə səsvermə vaxtı toy etmək qadağan olundu


Dünya 09 Yan 2019 17:40:00 466 0

Türkiyədə səsvermə vaxtı toy etmək qadağan olundu

Türkiyədə martın 31-i - bələdiyyə seçkiləri günü yerli vaxtla saat 18:00-dək toy mərasimlərinin keçirilməsi qadağan edilib.

Son.az xəbər verir ki, bu barədə Trend Türkiyənin Ali Seçki Komissiyasına istinadən məlumat verir.

Həmçinin səsvermə günü saat 21:00-a qədər spirtli içkilərin satışı dayandırılacaq.

Bundan başqa, televiziya və radiolarda seçki günü nəticələr haqqında hər hansı proqnozlar səsləndirməyə icazə verilmir.