Azərbaycanda törəməsi olan Gürcüstan bankı çirkli pulların yuyulmasında ittiham olunur


Kriminal 09 Yan 2019 17:49:00 662 0

Azərbaycanda törəməsi olan Gürcüstan bankı çirkli pulların yuyulmasında ittiham olunur

Azərbaycanda kredit təşkilatı olan Gürcüstanın böyük banklarından biri "TBC Bank"ın fəaliyyətində çirkli pulların yuyulması əlamətləri və digər qeyri-qanuni əməllər aşkar olunub.

Son.az report-a istinadən bildirir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunda keçirilən brifinqdə prokuror Salome Çikobavabildirib.

O deyib ki, Maliyyə Monitorinqi Xidməti "TBC Bank"ın 2018-ci ilin may ayında maliyyə və hüquqi şəxslər, inzibatçılar və ayrı-ayrı səhmdarların fəaliyyətlərini tədqiq etməyə başlayıb: "Xidmət belə bir nəticəyə gəlib ki, bu fəaliyyətlərdə qanunsuz gəlirin leqallaşdırılması, pul yuma və digər qeyri-qanuni hərəkətlərin əlamətləri açıq-aydın görünür".

Materiallar baxılması üçün ölkənin Milli Bankı və Gürcüstan Prokurorluğuna təqdim olunub. Milli Bank səlahiyyətləri çərçivəsində məsələni araşdırıb və qanun pozuntularına müvafiq reaksiya verib.

Baş Prokurorluq 2018-ci ilin avqustun 2-də qanunsuz gəlirlərin leqallaşdırılması faktı üzrə cinayət işinin istintaqına başlayıb.