Azərbaycanlı qadınları Malayziyada satan insan alverçisinin məhkəməsi başladı


Digərləri 09 Yan 2019 17:42:00 165 0

Azərbaycanlı qadınları Malayziyada satan insan alverçisinin məhkəməsi başladı

Məlahət Bəşirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları xaricdə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Məlahət Bəşirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Trend-in məlumatına görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib və məhkəmə baxışı yanvarın 16-na təyin edilib. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Məlahət Bəşirova həbs edilib.