Prokuror taksi sürücülərinə qarşı quldurluq edən şəxsə 11 il cəza istədi


Kriminal 09 Yan 2019 17:35:00 421 0

Prokuror taksi sürücülərinə qarşı quldurluq edən şəxsə 11 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nəsimi Qələndərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

Dövlət ittihamçısı N. Qələndərovun 11 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası yanvarın 16-na təyin edilib.

İttihama görə, ötən il mayın 7-də Bakı şəhəri Binəqədi rayonunda Abşeron rayon sakini Nuhbala İsmayılov Daxili İşlər Nazirliyinin ''102 Zəng Mərkəzi''nə müraciət edərək bildirib ki, taksi fəaliyyəti ilə məşğul olarkən tanımadığı şəxs Mehdiabad qəsəbəsi ərazisində avtomobilinə əyləşərək Binəqədi qəsəbəsinə gedəcəyini deyib. Həmin ünvana çatanda isə sərnişin bıçaqla sürücünü hədələyərək ondan 200 manat pul alıb.