Kürdəmirdə yük maşını aşdı,


Digərləri 09 Yan 2019 17:24:46 232 0

Kürdəmirdə yük maşını aşdı,

Kürdəmir rayonunda yol qəzası baş verib. 

Son.az report-a istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Bakı-Qazax avtomobil yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakini, 1984-cü il təvəllüdlü Tərxan Vahid oğlu Məmmədovun idarə etdiyi "KamAZ" markalı yük maşını idarəetməni itirərək aşıb.

Nəticədə yük maşınındakı mişar daşları asfalta dağılıb və yol qısa müddətdə birtərəfli qaydada bağlanıb. Hərəkət yalnız xüsusi texnikanın köməkliyi ilə bərpa olunub.

Hadisə nəticəsində sürücü xəsarət alıb və ona lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar