2018ci ilin ən böyük maddi zərərə səbəb olmuş təbii fəlakəti


Dünya 09 Yan 2019 17:26:00 222 0

2018ci ilin ən böyük maddi zərərə səbəb olmuş təbii fəlakəti

ABŞ-ın Kaliforniya ştatında ötən il baş verən meşə yanğını 2018-ci ilin ən böyük maddi zərərə səbəb olan təbii fəlakətidir.

Son.az qaynarinfo-a istinadən xəbər verir ki, Almaniyanın "Munich RE" sığorta şirkəti 8 noyabrda başlayan meşə yanğınlarının 16,5 milyard dollara başa gəldiyini açıqlayıb. Zərərin 12,5 milyardı sığortalanıb. Kaliforniya tarixinin ən böyük yanğını kimi tarixə düşən, "Paradise" qəsəbəsindən başlayan yanğın 14 min ev, 500-dən çox iş yeri, 4300 binanı külə çevirib, 80-dən çox insanın ölümünə səbəb olub. 

Ən çox zərərə səbəb olan 2-ci təbii fəlakət isə Floridada müşahidə edən Maykl qasırğası olub və 16 milyard dollar zərər verib.