Bakıya nə vaxt qar yağacaq?


Digərləri 09 Yan 2019 17:28:00 447 0

Bakıya nə vaxt qar yağacaq?

Bakıda və Abşeron yarımadasında qarın yağması, əsasən, yanvarın ikinci və ya üçüncü ongünlüyündə müşahidə edilir.

Son.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyininin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda mülayim hava şəraiti hökm sürür:

"Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından bir-iki dəfə yüksəkdir. Gecə saatlarında temperatur üç-dörd, yeddi-doqquz dərəcə təşkil edir ki, bu da yağıntının yağmasına şərait yaradır.

Qarın yağması üçün temperatur aşağı düşməlidir. Hələlik yaxın günlərdə Bakıda və Abşeron yarımadasında qarın yağacağı gözlənilmir".

Asif Verdiyev bildirib ki, Bakıda və Abşeron yarımadasında qarın yağması, əsasən, yanvarın ikinci və ya üçüncü ongünlüyündə müşahidə edilir:

"Qar yağmasını son illərlə müqayisə etdikdə, 2010-cu ildən yanvarda Bakıda və Abşeron yarımadasında həmişə az da olsa, qar yağıb. Ümumiyyətlə, qeyd edim ki, Bakıda və Abşeron yarımadasında ən soyuq, qarlı hava 2008-ci ildə müşahidə edilib. Həmin dövrdə qarın hündürlüyü 44 santimetr, havanın minimal temperaturu isə 8-7 dərəcə təşkil edib.