Bakıda vətəndaşlara qarşı quldurluq edən şəxsə hökm oxundu


Digərləri 09 Yan 2019 17:21:00 191 0

Bakıda vətəndaşlara qarşı quldurluq edən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bəşir Qəhrəmanzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı.Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bəşir Qəhrəmanzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Qəhrəmanzadə 12 il azadlıqdan məhrum edilib.