Arsenal-dan müdafiəçiyə yeni təklif


İdman 09 Yan 2019 17:08:00 214 0

Arsenal-dan müdafiəçiyə yeni təklif

Arsenal müdafiəçisi Naço Monrealın müqaviləsini artırmaq niyyətindədir.

Goal.az ESPN nəşrinə istinadən xəbər verir ki, ispaniyalıya gələn mövsümün sonunadək klubda qalmaq təklif olunub. 32 yaşlı Monrealın qüvvədə olan sözləşməsi cari mövsümün sonunda başa çatmalı idi. Lakin baş məşqçi Unai Emeri onu buraxmaq istəmir. Müdafiəçi özü də Arsenal-da qalmaq və hətta 40 yaşınadək burada oynamaq fikrindədir.

Monreal bu mövsüm İngiltərə çempionatında 10 oyunda meydana çıxıb. Hesabında 1 qol və 2 məhsuldar ötürmə var.