Pakistan hava şirkəti arıqlamağı tələb edir


Dünya 09 Yan 2019 16:56:00 401 0

Pakistan hava şirkəti arıqlamağı tələb edir

Pakistan hava yolları şirkəti çəkisi çox olan heyət üzvlərinə arıqlamayacaqları təqdirdə uçuşlara çıxa bilməyəcəkləri barədə xəbərdarlıq edib.

Son.az oxu.az-a istinadən məlumat verir ki, xəbər 1 yanvar 2019-cu il tarixdə PBHY uçuş xidməti üzrə baş menecer Amir Başir tərəfindəbn göndərilib.

Mesajda deyilir:

"31 yanvar 2019-cu il tarixdən etibarən tələb olunan çəkidən 30 funt (13,6 kq) artıq olan şəxslər uçuşlara buraxılmayacaq və çəkilərinin tələb olunan standarta çatdırılması üçün uçuş heyəti tibb mərkəzinə göndəriləcək".