"Azərsu": Bakıda magistral su kəmərindəki qəza aradan qaldırıldı


Digərləri 09 Yan 2019 16:24:00 458 0

"Azərsu": Bakıda magistral su kəmərindəki qəza aradan qaldırıldı

Bakının Binəqədi rayonu ərazisində magistral su kəmərində baş verən qəza aradan qaldırılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

A.Cəbrayıllının sözlərinə görə, magistral kəmərin qəza baş verən hissəsində bərpa işləri tam başa çatıb: "Saat 13:30 radələrində kəmərdəki problem aradan qaldırılıb. Artıq xəttə su vurulub. Hazırda magistral su kəməri fəaliyyətini tam bərpa edib".