Manchester United Şkrinyardan əl çəkmir


İdman 09 Yan 2019 16:27:00 445 0

Manchester United Şkrinyardan əl çəkmir

Manchester United İnter-in müdafiəçisi Milan Şkrinyar iddiasından əl çəkmək niyyətində deyil.

Goal.az xəbər verir ki, “qırmızı şeytanlar” slovakiyalını qışda heyətə qatmaq istəyir. Manchesterlilər transferə 60 milyon xərcləməyə hazırdır. İtaliya klubu isə Şkrinyarı 90 milyon avroya satacağını bildirib. Müdafiəçi yalnız bu məbləğ ödəndikdən sonra İnter-dən ayrıla bilər.