Gürcüstanda qripə görə uşaq bağçaları və məktəblərdə qış tətilinin müddəti uzadılıb


Dünya 09 Yan 2019 16:04:00 489 0

Gürcüstanda qripə görə uşaq bağçaları və məktəblərdə qış tətilinin müddəti uzadılıb

Gürcüstanın ictimai məktəblərində qış tətilinin müddəti yanvarın 18-dək uzadılıb.

Son.az report-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi qərar qəbul edib.

Nazirlikdən bildirilib ki, qrip virusu ilə bağlı epidemiya olmasa da, tətilin müddətinin uzadılması qərarı şagird və müəllimlərin sağlamlığının qorunması məqsədilə verilib.

Qurum məktəblərdə tətil müddətində dezinfeksiya işlərinin aparılması ilə bağlı tövsiyələr də verib.