Azərbaycandan qızıl əşyalar çıxaran şəxs Gürcüstan sərhədində tutuldu


Digərləri 09 Yan 2019 16:06:00 204 0

Azərbaycandan qızıl əşyalar çıxaran şəxs Gürcüstan sərhədində tutuldu

Gürcüstan-Azərbaycan sərhədində yerləşən "Sınıq körpü" sərhəd-keçid məntəqəsində bəyan olunmamış qızıl əşyalar aşkar olunub.

Son.az report-a istinadən bildirir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Məlumata əsasən, Z.R. və İ.R. adlı Azərbaycan vətəndaşlarından əl yükü və üzərlərində ümumi çəkisi 171.29 qram olan qızıl əşyalar müsadirə olunub. Əşyaların ümumi dəyəri 11 804,56 lari (4 428 dollar) təşkil edir.

Qanunvericiliyə müvafiq olaraq, Azərbaycan vətəndaşları zinət əşyalarının dəyərinə bərabər məbləğdə cərimə olunublar.

Sərhəd-keçid məntəqəsində digər Azərbaycan vətəndaşı Gürcüstana 560 ədəd siqareti qanunsuz keçirməyə cəhd edərkən saxlanılıb. Siqaret qutuları müsadirə olunub, saxlanılan şəxs isə min lari (375 dollar) məbləğində cərimələnib.