Alisson Beker Liverpool-a keçməsinin səbəblərini açıqladı


İdman 09 Yan 2019 16:04:00 232 0

Alisson Beker Liverpool-a keçməsinin səbəblərini açıqladı

Liverpool-un qolkiperi Alison Beker kluba keçidinin səbəbini açıqlayıb.

Goal.az xəbər verir ki, o, həmin vaxt 2 klubdan təklif aldığını bildirib: “Braziliyanı tərk edəndə həyatımın ən düzgün qərarını verdiyimi bilirdim. Roma-dan ayrılanda Liverpool və Chelsea-dan təklif aldım. Chelsea-nı seçmədim. Həmin ərəfədə London klubunda məşqçi dəyişikliyi gedirdi. Komanda Çemmpionlar Liqasından kənarda qalmışdı. Ümumi vəziyyət yaxşı deyildi. Liverpool mənim üçün ideal variant idi. Həm də bu kluba rəğbət bəsləyirdim. İstədim ki, tarixinin bir parçası olum. Burada xoşbəxtəm. Klubumla birlikdə ÇL-nin qalibi olmaq istəyirəm. Arzumun gerçəkləşəcəyinə əminəm”.

Xatırladaq ki, braziliyalı ötən yay Roma-dan 62,5 milyon avroya transfer olunub.