Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb (FOTO)


Digərləri 09 Yan 2019 15:41:00 425 0

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb (FOTO)

Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Xudat şəhər sakini, 35 yaşlı Zaur Əliyev saxlanılıb.

Bakı. Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Xudat şəhər sakini, 35 yaşlı Zaur Əliyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən Z.Əliyevin üzərinə keçirilən baxış zamanı ondan bir ədəd kağız bükümdə çəkisi 1,378 qram olan qurudulmuş marixuana aşkar edilib. Zaur Əliyevin ətrafında aparılan tədbirlərlə onun şəhər ərazisində yerləşən evinin yaxınlığında narkotik maddə gizlətdiyi də məlum olub. Hal şahidlərinin iştirakı ilə həmin əraziyə baxış zamanı orada yerləşən dəmir borunun içərisindən sellofan torbada ümumi çəkisi 435 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.