Nardaran sakini qanunsuz saxladığı silahı təhvil verdi


Kriminal 09 Yan 2019 15:39:00 697 0

Nardaran sakini qanunsuz saxladığı silahı təhvil verdi

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.

DİN-dən Son.az-a verilən məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əhməd Həsənov müvafiq sənədləri olan "Phoenix" markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.