Bayer Munich dünya çempionu ilə gücləndi


İdman 09 Yan 2019 15:28:00 261 0

Bayer Munich dünya çempionu ilə gücləndi

Bayern Munich heyətinə yeni futbolçu cəlb edib.

Goal.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “qırmızılar” Stuttgart-dan Benjamen Pavarı alıblar. Fransa yığmasının 22 yaşlı müdafiəçisi ilə 5 illik müqavilə bağlanılıb.

Pavar 1 iyul 2019-cu ildə yeni klubuna qoşulacaq. 

Qeyd edək ki, Pavar Fransa yığmasının heyətində 2018-ci il dünya çempionatının qalibi olub.