"Mehman kimilərdən qəhrəman düzəltməyə çalışanlar Azərbaycanın müstəqil siyasətindən qıcıqlananlardır"


Digərləri 09 Yan 2019 14:42:00 208 0

"Mehman kimilərdən qəhrəman düzəltməyə çalışanlar Azərbaycanın müstəqil siyasətindən qıcıqlananlardır"

Mehman kimilərdən qəhrəman düzəltməyə çalışanlar Azərbaycanın müstəqil siyasətindən qıcıqlananlardır.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sahib Alıyev deyib.

S.Alıyev bildirib ki, jurnalistikanı nəzəri və praktiki baxımdan bilən bir adam kimi, Mehman Hüseynovu, eyni zamanda konkret maddələrlə həbs olunan, lakin Qərbdəki bəzi dairələrin jurnalist adlandırdığı digərlərini jurnalist hesab etmir:

"Onların yazdıqları, paylaşdıqları materiallar jurnalistikanın tələblərinə qətiyyən cavab vermir. Ümumiyyətlə, hazırda sosial şəbəkələrdə Mehman Hüseynov kimi oyunbazlıqlara gedərək diqqət çəkmək istəyənlərin, yazdıqlarının və dediklərinin məsuliyyətini dərk etməyənlərin sayı minlərlədir. Sadəcə Mehman Hüseynovun onlardan fərqi budur ki, onun Qərbdəki bəlli çevrələrlə müəyyən bağlantıları var".