Xəzərdə üzən gəmilərə küləkli hava XƏBƏRDARLIĞI


Digərləri 09 Yan 2019 14:43:00 214 0

Xəzərdə üzən gəmilərə küləkli hava XƏBƏRDARLIĞI

Yanvarın 9-u günün ikinci yarısından yanvarın 10-nu gündüzədək Xəzər dənizi akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.

ASCO-dan Son.az-a verilən məlumata görə, xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.