İlham Namiq Kamalın 70 yaşı tamam olur FOTO


Kriminal 09 Yan 2019 14:58:00 415 0

İlham Namiq Kamalın 70 yaşı tamam olur  FOTO

Bu gün Azərbaycanın görkəmili teatr və kino aktyoru, Respublikanın Xalq artisti, "Şöhrət" ordenli sevimli gülüş ustası İlham Namiq Kamalın 70 yaşı tamam olur.

Ömrünün yarım əsrdən çoxunu teatr sənətinə bağlayan İlham Namiq Kamal 9 yanvar 1949-cu ildə Bakıda doğulub. O, 1966-1970-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram-kino aktyorluğu" fakültəsində təhsil alıb.

Tələbə vaxtı Molyerin "Jorj Danden" komediyasında baş qəhrəman rolunu uğurla ifa etdiyindən onu institutun Tədris Teatrının aktyor truppasına qəbul ediblər. 1972-ci ildə Akademik Milli Dram Teatrına dəvət alan aktyor bu səhnədə Müsyö Jordan ("Müsyö Jordan və Dərviş Məstəli şah"), Sarı Qarayev ("Varlı qadın"), Zaman müəllim ("Bu dünyanın adamları"), Gülən adam ("Hərənin öz payı"), Kişi ("Mənim ərim dəlidir"), doktor Qaratay ("Afət") kimi rollarda çıxış edib. 1989-cu ildən Dövlət Gənclər Teatrında çalışan İlham Əhmədov burada Məsuliyyətsiz ("Çarəsiz sərnişinlər"), Dadaşbala ("Dadaşbala əməliyyatı"), Sultanqulu ("Sultanqulu körpüsü"), Kələntər ("Dağ tikirik"), Daniel ("Arvadımın qatili"), Kazbek ("Arvadımın əri özüməm") kimi baş rolların ifaçısı olub. 


Xəbərə aid fotolar