"Kim olur olsun, satacaqdıq"


Kriminal 09 Yan 2019 15:03:00 435 0

"Kim olur olsun, satacaqdıq"

Şəmkirdə gənc yeniyetməni özünə cinayət ortağı edərək silsilə oğurluqlar törədib. Son.az ARB TV-yə istinadən xəbər verir ki, şəxslər bir ay ərzində 3 mağazanı və bir neçə avtomobili qarət ediblər. Sonda məsuliyyətdən yayına bilməyiblər. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkumluq yaşamış rayon sakini, 22 yaşlı Mətləb Həsənov saxlanılıb. Ətrafında aparılan araşdırmalar zamanı müəyən edilib ki, Həsənov ötən ilin dekabr ayının əvvəllərindən rayonun müxtəlif ərazilərində silsilə oğurluqlar törədib. Yeniyetməni də əməlinə ortaq edərək mağazalar, iaşə obyektləri və avtomobillərə qənim kəsiliblər. Onlar pul, spirtli içki, tütün məmulatları, televizor və digər əşyaları oğurlayıblar. Mətləb Həsənovun oğurladığı tütün məmulatlarının bir qismi yaşadığı evin zirzəmisindən aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs oğurluq yolu ilə əldə etdikləri digər qənimətləri Gəncə şəhərində tanımadıqları şəxsə satdıqlarını, əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf edib. Mətləb Həsənov - saxlanılan şəxs: "Baxdıq ki, iki dənə sağ-sol qıfıl var. Qıfılları qırdıq. Qapını açıb, içəri girdik. Pul və siqaret bir də su götürüb, çıxdıq. Televizorları da maşınla Gəncəyə apardıq. Fərqi yox idi, kim olur-olsun, Gəncədə satacaqdıq. İki nəfər şəxs çıxdı qabağımıza, onlara 80 manata satdıq". Əməlinə görə peşman olan Mətləb Həsənovun başqa cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar