ADU-da mediatur təşkil olunub (FOTO)


Digərləri 09 Yan 2019 14:30:00 355 0

ADU-da mediatur təşkil olunub (FOTO)

Yanvarın 9-da Azərbaycan Dillər Universitetində (ADU) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və QHT təmsilçilərinin iştirakı ilə mediatur təşkil olunub.

Bakı. Yanvarın 9-da Azərbaycan Dillər Universitetində (ADU) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və QHT təmsilçilərinin iştirakı ilə mediatur təşkil olunub. ADU-dan Trend-ə verilən məlumata görə, rektor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla KİV nümayəndələri ilə görüşüb. Rektor qonaqlara mediaturda iştirak etdiklərinə görə təşəkkürünü bildirib, onları universitetdə görməkdən şad olduğunu deyib. K.Abdulla KİV-də daim obyektiv xəbərlər və xoş münasibətlə qarşılaşdığını qeyd edib. Universitetdə tədrisin ən ağır dönəminin başladığını bildirən rektor imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək Operativ Qərargahın yaradıldığını söyləyib. İmtahan sessiyasının təşkilində həyata keçirilən yeniliklərdən danışan K.Abdulla imtahanlara ayrılmış vaxtın 3 saata qədər artırılması, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə apellyasiya ərizələrinə baxılmasının növbəti imtahana qədər təşkil olunması, hər bir imtahan otağında tələbələrə yardım məqsədi ilə lüğət və proqramın qoyulmasından bəhs edib. K.Abdulla valideynlərin imtahan sessiyasını müşahidə etməsinin təşkili ilə bağlı danışıb. Rektor universitet haqqındakı ittihamlara da aydınlıq gətirib. Universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev KİV təmsilçilərinə imtahan prosesi barədə məlumat verib.