Nardaran sakini qanunsuz saxladığı silahı təhvil verdi


Digərləri 09 Yan 2019 14:17:00 207 0

Nardaran sakini qanunsuz saxladığı silahı təhvil verdi

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.

Bakı. Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib. Aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əhməd Həsənov müvafiq sənədləri olan “Phoenix” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.