“Kommersant”: “Moskvada Paşinyanın etibarsız tərəfdaş obrazı yaranıb”


Dünya 09 Yan 2019 13:23:00 248 0

“Kommersant”: “Moskvada Paşinyanın etibarsız tərəfdaş obrazı yaranıb”

Moskvada Nikol Paşinyanın etbarsız tərəfdaş obrazı yaranıb və ondan istənilən əməl gözlənilir.

Son.az report-a istinadən xəbər verir ki, bu, "Kommersant" qəzetinin yanvarın 9-u tarixli sayındakı məqalədə yazılıb.

Yazıda bildirilib ki, kəskinlik dərəcələrinə uyğun olaraq keçmiş sovet məkanında Kremlin hər ölkə ilə müxtəlif münaqişəsi var. Qəzet bildirib ki, 2019-cu ildə 5 ölkə - Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə yeni qalmaqal yaradılacaq.

"Kommersant" yazıb ki, Rusiya 2018-ci ildə Ermənistanda baş verən hadisələri ehtiyatla izləyib.

Qəzet Nikol Paşinyanın ziddiyyətli bəyanatlarından, Qərbin Yerevanda baş verənləri alqışlamasından da bəhs edib.