Bakıdakı partlayışın səbəbi ilə bağlı


Digərləri 09 Yan 2019 13:29:43 400 0

Bakıdakı partlayışın səbəbi ilə bağlı

Yasamalda partlayışın səbəbi ehtiyatsızlıq olub.

Bu barədə Son.az-a Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda deyilir ki, yanvar ayının 9-u, gecə saatlarında Yasamal rayonu, Tolstoy küçəsi 40 ünvanında birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib:

"Həmin ünvanda aparılan ilkin araşdırmalardan buradakı hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi məlum olub. Çox güman ki, mənzildə qaz xətti açıq olub, bu da gecə vaxtı köhnə xətlərdən qazın sızmasına və partlayışa səbəb olub. Məsələnin araşdırılması davam edir".