Gürcüstan prezidentinə milyon lari pul verilib


Dünya 09 Yan 2019 13:18:00 438 0

Gürcüstan prezidentinə milyon lari pul verilib

Gürcüstan prezidenti Salome Zurabişviliyə dövlət büdcəsindən bir milyon lari məbləğində (375 246 dollar) vəsait köçürülüb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından bildirilib.

Məbləğ S.Zurabişvilinin prezident seçkiləri zamanı xərclədiyi vəsaitlərin ödənilməsi məqsədi ilə verilib. Prezidentlə yanaşı, seçkilərdə 10%-dək səs toplayan müxalif Avropalı Gürcüstan Partiyasının namizədi David Bakradze və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeyə də eyni məbləğdə vəsait təqdim olunub.