Azərbaycanda 576 yaşayış məntəqəsi sel riski altındadır


Digərləri 09 Yan 2019 13:13:33 425 0

Azərbaycanda 576 yaşayış məntəqəsi sel riski altındadır

Azərbaycanda 1,2 milyon əhalinin yaşadığı 576 yaşayış məntəqəsinin sel riski altında olması müəyyən edilib.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda 1,2 milyon əhalinin yaşadığı 576 yaşayış məntəqəsinin sel riski altında olması müəyyən edilib. Bunu Trend-ə tədqiqatı aparmış Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib. Selin Azərbaycanda geniş yayılan və getdikcə intensiv xarakter alan təbii fəlakətlərdən biri olduğunu nəzərə çatdıran N.Paşayev əlavə edib ki, gursulu çayların hövzələrində antropogen yüklənmə və əhalinin ətraf mühitə qarşı müdaxiləsi 1990-cı illə müqayisədə 3-4 dəfə artığından Azərbaycan Qafqazda yenə də ən çox sel təhlükəsi olan ərazilərdən biri kimi qalır: