Ermənistanda istintaq qrupunun keçmiş rəhbəri yenidən həbs edildi


Dünya 09 Yan 2019 12:33:00 218 0

Ermənistanda istintaq qrupunun keçmiş rəhbəri yenidən həbs edildi

Ermənistan paytaxtı Yerevanda 2008-ci il martın 1-də polisin müxalifətçilərə atəş açması hadisəsini araşdıran istintaq qrupunun keçmiş rəhbəri Vaaqan Arutyunyan yenidən həbs olunub.

Son.az report-a istinadən xəbər verir ki, bunu Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətindən bildiriblər. 

V.Arutyunyan ölkə Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və vəzfiə səlahiyyətlərini aşaraq, silah və ya xüsusi vasitələrlə güc tətbiqinə qoşulmaq maddələri ilə ittiham olunur.

Yerevan məhkəməsi onun barəsindən həbs qətimkan tədbiri seçib.