Avtomobillərdən oğurluq edənlər tutuldular


Digərləri 09 Yan 2019 12:15:00 327 0

Avtomobillərdən oğurluq edənlər tutuldular

Paytaxtın Nərimanov və Nəsimi rayonları ərazilərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. 

DİN Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Astara rayon sakini İbrahim Əlizadə olması, həmçinin  Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.