Gürcüstandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb


Digərləri 09 Yan 2019 12:18:27 211 0

Gürcüstandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal nəzarət xəttinə Gürcüstan istiqamətindən daxil olan bu ölkə vətəndaşının idarə etdiyi "Mercedes-Benz 250D" markalı avtomobilə gömrük baxışı keçirilib.

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal nəzarət xəttinə Gürcüstan istiqamətindən daxil olan bu ölkə vətəndaşının idarə etdiyi "Mercedes-Benz 250D" markalı avtomobilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin arxa sağ qapısında, külqabının içərisində 2 ədəd bükümdə ümumi çəkisi 2 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.