Sakit okeanda 3800 ədəd avtomobil daşıyan gəmi yana-yana gedir (VİDEO)


Digərləri 09 Yan 2019 12:04:31 277 0

Sakit okeanda 3800 ədəd avtomobil daşıyan gəmi yana-yana gedir (VİDEO)

Sakit okeanda göyərtəsində 3800 ədəd avtomobil olan gəmi yanıb.

Bakı. Sakit okeanda göyərtəsində 3800 ədəd avtomobil olan gəmidə yanğın baş verib. Trend-in məlumatına görə, 198 metrlik "Sincerity Ace" gəmisi avtomobilləri Yaponiyadan Havay adalarına aparırdı. Hadisə nəticəsində 21 ekipaj üzvündən 16-sı xilas edilib, 4-ü ölüb, biri isə itkin düşüb.