Mehmanın pəhrizi, NEDin kəhrizi Taleh Şahsuvarlı yazır


Digərləri 09 Yan 2019 11:56:00 347 0

Mehmanın pəhrizi, NEDin kəhrizi  Taleh Şahsuvarlı yazır

Ağ dovşanın qanını Azərbaycan dövlətinin ağ pencəyinə kimlər və niyə tökmək istəyirdilər?

Mehman Hüseynovun guya ölüm aclığına başlaması barədə həftələr öncə dövriyyəyə bir şayiə buraxıldı.

Əgər həmin xəbər doğru olsaydı, bu gün Mehman Hüseynov adlı gənc vətəndaşın ac və susuz vəziyyətdə qalmasının, ən azı 12-ci, yaxud 13-cü günü olmalı idi.

İki həftəyə yaxın ac və susuz qalmaq, qidadan imtina etmək orqanizm üçün sıradan bir hal deyil, ciddi fəsadlar törədə biləcək, insanı ölümün astanasına gətirəcək durumdur.

12-13 gün yox, lap elə bir-iki sutka qidadan imtina edən şəxs həkim nəzarətinə götürülür, əgər həmin kəs məhbusdursa, tibb məntəqəsinə köçürülür.

Bəs, Mehman Hüseynov indi haradadır?

14 saylı cəzaçəkmə müəssisəsində!

Haradan bilirik bunu?

Vəkil Fuad Ağayev deyir. O, "Amerikanın səsi"nə açıqlayır:

"Mən bu gün, yanvarın 6-da müstəntiqlə əlaqə saxladım. O, dedi ki, Mehman Hüseynov müalicə müəssisəsinə köçürülməyib".

Elə həmin gün Penitensiar Xidmət də Mehman Hüseynovun aclıq keçirməsi üzündən Penitensiar Xidmətin tibb məntəsinə köçürülməsi barədə başqa bir dezinformasiyanı təkzib etmişdi: "Mehman Hüseynovun müalicə müəssisəsinə köçürülməsi üçün heç bir əsas yoxdur. Hüseynov su və qida qəbul edir, səhhətində hər hansı problem yoxdur".

Bu cümlələri isə "Amerikanın Səsi"nə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov ərz etmişdi.

Dünən isə Mehman Hüseynovun süni şəkildə gündəmdə saxlanılan aclıq aksiyası ilə bağlı cənab Sadıqov başqa bir açıqlama verdi:

"Bu adam çörək də yeyir, su da içir, vəkili ilə də görüşür, ailə üzvləri ilə telefonla da danışır. Onun heç bir problemi yoxdur. Bilirsiniz ki, səhhətində problem olan istənilən şəxslə bağlı dərhal reaksiya verilir, həkim müdaxiləsi olur. Amma onunla bağlı belə bir şeyə ehtiyac olmayıb, çünki aclıq aksiyası keçirmir".

Xidmət rəsmisi deyib ki, M.Hüseynov cəmi bir günlük aclıq aksiyası keçirib: "Aclıq aksiyası elan etmişdi, səhəri gün yemək yeməyə başladı. Bununla bağlı akt da tərtib olunub, özü də akta imza atıb".

Deməli, Mehman Hüseynov adlı məhbus, sadəcə, bir gün pəhriz saxlayıbmış.

Məsələ Penitensiar xidmət üçün bitib. Ancaq "5-ci kolon" məhbus blogerin "acı bağırsağından" tutub bu söhbəti uzatmaqda davam edir.