Niyaməddin Musayevin nəvələri ilk dəfə efirdə VİDEO


Şou-biznes 09 Yan 2019 11:11:00 248 0

Niyaməddin Musayevin nəvələri ilk dəfə efirdə  VİDEO

Xalq artisti Niyaməddin Musayev “Dostlar” verilişinin qonağı olub

Xalq artisti Niyaməddin Musayev "Dostlar" verilişinin qonağı olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, verilişin aparıcısı müğənni Nazənin ilk dəfə olaraq 78 yaşlı xalq artistinin nəvələrini efirdə göstərib. O bildirib ki, bu addımı Niyaməddin Musayev üçün sürpriz olub: "Mən Niyaməddin müəllimin qızı Röyaya təşəkkür edirəm. Ona zəng etdim və dedim ki, atana belə bir sürpriz etmək istəyirəm. O da çox sağ olsun ki, məni qırmadı, razılıq verdi. Röya söylədi ki, sizə hər şey olar. Bilirik ki, atamı çox istəyirsiz". 

Süjetə baxan Niyaməddin Musayev kövrəldiyini deyib: "Bu, bir həyat oldu mənə. Çünki bunun özü bir tarixdir. Kövrəldim. Nəvələrim əlaçıdırlar. Röya qızımın da Orxan balamın da övladları yaxşı oxuyur".