Vəkili Fədayə Laçınla görüşdü


Digərləri 09 Yan 2019 11:14:00 205 0

Vəkili Fədayə Laçınla görüşdü

Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın vəkili ilə görüşüb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Nurəngiz Qarayeva deyib.

Vəkil bildirib ki, F.Laçın görüş zamanı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən veriləcək apelyasiya şikayəti ilə tanış olub: "Şikayətlə tanış oldu və apelyasiya şikayətinə razılıq verdi. Yaxın günlərdə apelyasiya şikayətini təqdim edəcəyik".

Vəkil bildirib ki, F.Laçının saxlanma şəraitindən narazılığı yoxdur.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Fədayə Laçın 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.