Bakıda 4 rəisin işdən çıxarılması ilə bağlı xəbər yalan çıxıdı...


Digərləri 09 Yan 2019 11:18:00 421 0

Bakıda 4 rəisin işdən çıxarılması ilə bağlı xəbər yalan çıxıdı...

Daxili İşlər Nazirliyi Bakının 4 rayonunun polis rəisinin işdən çıxarılması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, DİN mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov  unikal.org-a açıqlamasında bildirib ki, Binəqədi, Xətai, Xəzər və Səbail rayon polis idarələrinin rəislərinin işdən çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Sözügedən rayonların polis rəisləri vəzifələrinin başındadırlar.